“Qarabağ” daha bir transferini rəsmən açıqladı

11:10 5 İyul 2018

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" transfer fəaliyyətini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi transfer edib. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Bolqarıstanlı futbolçunun müqaviləsinin detalları barədə məlumat verilməyib.

 

Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Litex" klubundan "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti