"Yuventus" İquaini satır - Ronaldoya görə

13:04 5 İyul 2018

"Yuventus" hücumçusu Qonzalo İquaini "Çelsi"yə 60 milyon avro qarşılığında sata bilər. 
 
Sportarena.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilir ki, İquaninə marağı "Çelsi"nin gələcək baş məşqçisi Maurisio Sarri göstərib. Belə ki, o, futbolçunu "Napoli"dən oynadığı vaxtlardan tanıyır. 
 
Transferdən əldə olunan pulla Turin klubu "Real"dan Kriştianu Ronaldonu almağı planlaşdırır. İtalyanlar portuqal futbolçunun keçidinə 100 milyon avro xərcləməyə hazırdır. 
 
Qeyd edək ki, İquanin 2 mövsüm "Yuventus"da çıxış edib və 105 matçda 55 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti