"Neftçi"dən 4-cü qələbə - YENİLƏNİB

20:14 5 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma bakılıların qələbəsi ilə başa çatıb - 3:1.

Bu oyun “Neftçi”nin toplanış çərçivəsində sayca 4-cü sınaq matçı olacaq. Roberto Bordinin komandası daha əvvəl “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kalarasi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlib.

Yoxlama oyunu

5 iyul

Neftçi - Politexnika (Rumıniya) 3:1

Qol: Rəhman Hacıyev, 23. Baqali Dabo, 64. Rəşad Eyubov, 90 - Aleksandru Zahariya, 57.

“Neftçi”nin start heyəti: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 10. Dario Federiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.


Digər xəbərlər

Xəbər xətti