"Qarabağ" Slavçevlə bağladığı müqavilənin şərtləri açıqladı

14:13 5 İyul 2018

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” beşinci transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” Portuqaliyanın "Sportinq" klubundan Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. Klubun saytının yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb. Slavçev artıq “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

 

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

 

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.


Digər xəbərlər

Xəbər xətti