Ronaldonun taleyi həll olunur

16:48 5 İyul 2018

"Real" futbolçusu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qərarını bir neçə gün ərzində verəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Madrid klubunun prezidenti Florentino Peres portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşlə görüşəcək. Tərəflər oyunçunun gələcəyini müzakirə edəcək və yekun qərarı verəcəklər. Ronaldonun "Real"ı tərk edərək "Yuventus"a keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, ulduz futbolçunun artıq Turində ev axtardığı iddia olunur. İtaliya mətbuatı bu transfer üçün "Yuventus"un "Real"a təxminən 100 milyon avro təzminat ödəyəcəyini yazıb.


Xəbər xətti