“Araz”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

17:22 5 İyul 2018

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib. 


Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” əsas mərhələdə “Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

 

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovocobo” (Hollandiya), “Reading Futsal Klub” (İngiltərə), “Vytis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti