Ruslar Neymara torpaq sahəsi verə bilər - Hansı şərtlə?

18:34 5 İyul 2018

Braziliya millisinin hücumçusu Neymara Rusiyada torpaq sahəsi hədiyyə verilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kazanın meri İlsur Metşin  məlumat verib. O bildirib ki, Neymar DÇ-2018-in 1/4 finalında Belçikaya qarşı matçda het-trik edəcəyi təqdirdə, ona torpaq sahəsi hədiyyə edəcək sponsor tapacaqlar:

 

 

"Üç qol vursa, ona torpaq sahəsi verəcək sponsor tapacağıq. Hansısa bir rayonun ərazisində Neymarla qonşuluqda yaşasanız, necə bir maqnit olacağını təsəvvür edirsiniz? Mənzili olduğu Braziliyada istidir. Qollar vursa, sponsorlarla danışmaq olar".

 

Qeyd edək ki, Kazanda keçiriləcək Braziliya - Belçika görşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti