"Qarabağ"ın yeni transferi Hannes Halldorsson forma nömrəsini seçib.
Sportarena.az xəbər verir ki, İslandiya millisinin üzvü Ağdam təmsilçisində 1 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ" 34 yaşlı qolkiperi Danimarkanın "Randers" klubundan transfer edib.