Fransa və Belçika 1/2 finalda - YENİLƏNİB

23:56 6 İyul 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün DÇ-2018-in 1/4 final mərhələsinə start veriləcək.İlk yarımfinalçının adına Uruqvay - Fransa matçında aydınlıq gələcək. DÇ-nin əsas favoritlərindən sayılan fransızların bu ehtimalları nə dərəcədə doğruldacağı maraq doğurur. Günün digər oyunu Braziliya və Belçika yığmaları arasında baş tutacaq. Bu görüşdə də beşqat dünya çempionlarının şansları daha yüksək qiymətləndirilir.

 

DÇ-2018, 1/4 final
6 iyul

18:00 Uruqvay - Fransa 0:2

Qol: Rafael Varan, 40. Antuan Qrizmann, 61.
Baş hakim: Nestor Pitana (Argentina).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.

 

22:00 Braziliya - Belçika 1:2

Qol: Renato Auqusto, 76 - Fernandinyo, 13-avtoqol. Kevin de Breyne, 31.
Baş hakim: Milorad Majiç (Serbiya).
Kazan. “Kazan Arena”.


Digər xəbərlər

Xəbər xətti