"Real"dan 40 milyonluq transfer

10:30 6 İyul 2018

İspaniyanın “Real” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi “Real Sosyedad”ın müdafiəçisi Alvaro Odriosolanı heyətinə qatıb. Bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb. İspaniya yığmasının da şərəfini qoruyan 22 yaşlı futbolçu “Real”la 6 illik müqaviləyə imza atıb. Yerli mətbuatın yazdığına görə, Madrid klubu bu transferə görə “Real Sosyedad”a 40 milyon avro təzminat ödəyib.

 

“Real Sosyedad”ın yetirməsi olan Odriosola ötən mövsüm bu komandanın heyətində 41 oyuna çıxıb.


Xəbər xətti