Daha bir yığma baş məşqçisiz qaldı

12:24 6 İyul 2018

Futbol üzrə Kosta Rika yığmasının baş məşqçisi Oskar Ramires istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kosta Rika Futbol Federasiyasının prezidenti Rodolfo Vilyalobosa məlumat verib. O, rəhbərlik etdiyi qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

“Ramireslə müqavilənin müddəti Rusiyada keçirilən dünya çempionatındakı sonuncu oyunumuzla birgə başa çatdı. İcraiyyə Komitəsi ilə birgə belə qərara gəldik ki, bu mütəxəssislə müqaviləni yeniləməyək. Ona komandamız üçün etdiklərinə görə təşəkkürümüzü bildirirəm”.

 

Qeyd edək ki, Kostra Rika yığması DÇ-2018-də cəmi 1 xal toplamaqla E qrupunun sonuncusu oldu. Halbuki, bu komanda 4 il öncə dünya çempionatında 1/4 finala çıxmışdı.

 

Oskar Ramires 2015-ci ilin avqust ayından Kosta Rika yığmasının baş məşqçi postunda çalışırdı.


Digər xəbərlər

Xəbər xətti