Denis Silva: "Özümü Azərbaycan vətandaşı hesab edirəm"

16:58 6 İyul 2018

“Keşlə”nin braziliyalı müdafiəçisi Denis Silva ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu həm ötən mövsüm Azərbaycan kubokunu qazanmalarından, həm də Bakıdakı həyat tərzindən danışıb.

 

- Azərbaycan kubokunu qazanmaq necə hissdir?
- Qalib olmaq hər zaman yaxşıdır. Bu, sizin işinizin nəticəsini göstərir. Zirvəyə çatmaq üçün çalışmaq lazımdır. İlboyu işləyib sonda məqsədinə çatmaq həmişə faydalıdır. Bu, mənim Azərbaycan kubokunda 4-cü medalımdır. Bundan başqa, Premyer Liqada da 3 medalım var. Qazandığım uğurlara görə çox razıyam.

 

- Uyğunlaşma ilə bağlı vəziyyət necədir? Azərbaycan dilini öyrənmisiniz?
- Adaptasiya ilə bağlı onu deyə bilərəm ki, mən artıq praktiki olaraq burada yaşayıram, azərbaycanlıyam. Özümü yerli vətəndaş hesab edirəm. Artıq 10 ildir Azərbaycanda yaşayıram. Qızım burada doğulub və biz ölkəyə daha da uyğunlaşmışıq. Artıq Azərbaycan dilində danışıram. Amma dili 100 faiz bilmirəm. Çünki tək öyrənmişəm, hazırlığa getməmişəm. Buna baxmayaraq, insanlarla danışıram. Bəzən səhv etsəm də, çox yaxşı üsniyyət qura bilirəm. Azərbaycanda yaşadığıma görə şadam. Hələ uzun illər burada qalmaq niyyətindəyəm. Ancaq nə vaxta kimi qalacağımı dəqiq bilmirəm. 

 

- Braziliya üçün darıxırsınız?
- Daha çox ailəm və dostlarım üçün darıxıram. Amma fərqli ölkədə fərqli mədəniyyət və qazandığım uğurlar, eyni zamanda ailəmin yanımda olması vətən həsrətini nisbətən azaldır.

 

- “Keşlə”dəki əsas uğurlarınız nədən ibarətdir?
- Mən bu komanda ilə yenicə Azərbaycan kubokunun qalibi olmuşam. Həmçinin Avropa Liqasının təsnifat mərhələsində oynamaq haqqı qazanmışıq. İndi tətili dayandırıb, meydana qayıtmaq lazımdır ki, bu turnirdə yaxşı çıxış edək.


Digər xəbərlər

Xəbər xətti