“Qəbələ”nin "Proqres"lə oyunlarını hansı kanal yayımlayacaq?

18:20 6 İyul 2018

“Qəbələ”nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Proqres” klubu ilə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hər iki matç "İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, "Proqres”lə ilk oyun iyulun 12-si saat 20:00-da, cavab matçı isə ayın 19-u Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti