“Neftçi” - “Uypeşt” matçının biletləri satışda

20:47 6 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Uypeşt” (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassalarından əldə etmək mümkündü. Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq və bu haqda əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti