Boksçumuz Olimpiadaya vəsiqə qazandı

Sportarena.az      6 İyul 2018, 21:29

Boks üzrə Azərbaycan yığması Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yarışda daha bir boksçumuz iştirak hüququ qazanıb.

 

Olimpiadada ölkəmizin idman şərəfini Avropa çempionu Nurlan Səfərovla (60 kq) yanaşı, birinciliyin gümüş medalçısı Nicat Həsənov (69 kq) da qoruyacaq. Bu, Rusiya yığmasının Olimpiadaya həmyerlimizin çəki dərəcəsində boksçu aparmayacağını açıqladıqdan sonra rəsmiləşib.

 

Belə ki, İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində şimal qonşularımızın 5 üzvü çempion olduğundan onlar Oyunlara eyni sayda da lisenziyaya yiyələnmişdilər. Lakin qaydalara görə yarışda hər ölkə maksimum 3 idmançı ilə təmsil oluna bilər. Bu səbəbdən də rusların imtina etdikləri 2 çəkidən biri 69 kq olub. Həsənov da qitə birinciliyinin finalında Rusiya millisinin üzvü Cambulat Bijamova məğlub olduğundan Olimpiadada iştirak hüququ boksçumuza verilib.

 

Qeyd edək ki, Oyunlara Avropa qitəsi cəmi 9 boksçu ilə qatılacaq. Buenos Ayresə Rusiya 3, Azərbaycanla İtaliya hərəyə 2, Ukrayna və Macarıstan isə hərəyə 1 idmançı ilə yollanacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin