Buffon rəsmən PSJ-də

01:43 7 İyul 2018

Bu yay İtaliya çempionu “Yuventus”la yollarını ayıran Canluici Buffonun yeni klubunun adı rəsmən açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qapıçı gözlənildiyi kimi, Fransanın PSJ klubu ilə anlaşıb. Artıq Paris təmsilçisi Buffonun transferini rəsmi saytı vasitəsilə açıqlayıb. 40 yaşlı qolkiper PSJ ilə 1+1 illik müqavilə imzalayıb.

 

Xatırladaq ki, Buffon 17 il idi “Yuventus”da forma geyinirdi. O, Turin təmsilçisi ilə 656 oyuna çıxıb. Canluici 9 dəfə İtaliya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti