İsveç də FİFA-nı qəzəbləndirdi

11:34 7 İyul 2018

FİFA Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının daha bir iştirakçısını cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, dünya futbol qurumu bu dəfə İsveç yığmasına cəza kəsib. Buna sözügedən komanda üzvlərinin İsveçrə ilə 1/8 final oyununda (1:0) FİFA-nın marketinq qaydalarını kobud şəkildə pozması səbəb olub. Baş verənlərlə əlaqədar İsveç Futbol Federasiyası 70 min İsveçrə frankı (təxminən 60 min avro) cərimə olunub.

 

Xatırladaq ki, FİFA oxşar qayda pozuntusuna görə bir gün öncə Xorvatiya Futbol Federasiyasını da cəzalandırmışdı.


Digər xəbərlər

Xəbər xətti