Halldorsson: “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"

10:13 7 İyul 2018

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson Ağdam klubuna transferindən danışıb.

 

Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən İslandiya millisinin qapıçısı bunları söyləyib:

 

“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba gəldiyimin fərqindəyəm. Bura gəlməmişdən əvvəl həm klub, həm də Azərbaycan haqqında məlumat toplamışam. Karyeram ərzində dünya və Avropa çempionatlarının final mərhələlərində oynamışam. İndiki hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı. Burada da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.


Xəbər xətti