Cənubi amerikalılarsız mundial

11:03 7 İyul 2018

Artıq DÇ-2018-in 2 yarımfinalçısı məlumdur.

 

Sportarena.az xəbər verir ki, Fransa və Belçika müvafiq olaraq Cənubi Amerika təmsilçiləri – Uruqvay və Braziliyanı mübarizədən kənarlaşdıraraq, yarımfinala adlayıb. Bu o deməkdir ki, yarmfinalda ancaq Avropa komandaları mübarizə aparacaqlar.

 

Tarixdə 5-ci belə haldır ki, Cənubi Amerika təmsilçiləri mundialın yarımfinalında olmurlar. Buna qədər 1934, 1966, 1982 və 2006-cı ildə də belə hal yaşanmışdı.

 

Digər iki 1/4 final oyununda İsveç İngiltərə, Rusiya Xorvatiya ilə qarşılaşacaq.


Xəbər xətti