"Qarabağ"ın rəqibindən 2 transfer

15:08 7 İyul 2018

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Sloveniyanın “Olimpiya” klubu daha iki yeni futbolçu ilə güclənib.

 

Sportarena.az xəbər verir ki, Lyublyana təmsilçisi Asmir Sulyiç və Marko Qayiçi transfer edib.

 

2015-ci ildən Macarıstanın “Videoton” klubunda çıxış edən Sulyiç azad agent kimi “Olimpiya”ya keçib. İki illik müqaviləyə imza atan Asmir bu komandada 15 nömrəli formanı geyinəcək. 26 yaşlı bosniya və herseqovinalı vinger karyerası ərzində “Uypeşt” və “Sarayevo” klublarında da çıxış edib.

 

Müdafiəçi olan Qayiç isə Serbiyanın “Vozdovaç” klubundan transfer olunub. 26 yaşlı futbolçu Lyublyana klubu ilə 3 illik müqaviləyə imza atıb. O, bu komandada 5 nömrə altında çıxış edəcək.

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti