"Qaliblər": Şahin Atamov karyerasını niyə bitirmək istəyib? - VİDEO

16:39 7 İyul 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" verilişi müəyyən fasilədən sonra ekranlara qayıdıb.

 

Sportarena.az xəbər verir ki, "CBC Sport"da yayımlanan layihədə tamaşaçılar idmançıların günlərini necə keçirdiyini, hansı şəraitdə məşq etdiklərini, asudə vaxtlarını necə keçirdiklərini izləmək imkanına sahib olacaqlar.

 

Verilişin ilk qonağı isə tanınmış karateçimiz Şahin Atamov olub. Tamaşaçılar medal kolleksiyası xeyli zəngin olan idmançımızın bir günü ilə yaxından tanış olublar. Atamovun evindən başlayan çəkiliş məşq prosesi və daha sonra istirahətlə davam edib. Stolüstü oyunlara böyük marağı olan Şahin Atamov daha sonra aparıcı ilə boulinq də oynayıb.

 

Eyni zamanda, Atamovun verilişdə sürpriz qonağı da olub. Söhbət karateçi ilə yaxın dost olan tanınmış müğənni Samir Cavadzadədən gedir. Sənətçinin gəlişi proqrama daha da rəng qatıb.

 

Şahin Atamovun verilişdə bir sıra açıqlamaları ilə diqqət çəkib. O, idman həyatında üzləşdikləri çətinliklərdən, karyerasını erkən başa vurmaq istəmə səbəbindən danışıb. O, həmçinin qazandığı uğurlarından və idman formasını necə qorumasından da bəhs edib.

 

"Qaliblər" verilişin ilk buraxılışın videoyazısını təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti