Braziliya millisində baş məşqçi dəyişikliyi olacaq?

18:16 7 İyul 2018

Braziliya millisinin baş məşqçisi Titenin yığmadakı taleyinə aydınlıq gəlib. 

 

Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis vəzifəsində qalacaq. Komanda DÇ-2018-in 1/4 finalında Belçikaya uduzaraq mübarizəni dayandırmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Tite ilə yolları davam etdirməyə qərar verib.


Tite ötən gün Belçika ilə keçirilən oyundan sonra keçirdiyi mətbuat konfransında yığmadakı taleyi ilə bağlı verilən suala cavab verməyə çətinlik çəkdiyini demişdi.

 

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırır.

 


Digər xəbərlər

Xəbər xətti