Dortmund "Borussiya"sı yeni baş məşqçisini təqdim etdi

17:31 7 İyul 2018

Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni baş məşqçisini rəsmən təqdim edib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi bir müddət öncə anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib. Mərasimdə 60 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilib.

 

Xatırladaq ki, Favr daha öncə Fransanın “Nista” klubunu çalışdırırdı. Hansı ki, bu komanda onun rəhbərliyi altında 2016/17 mövsümündə Fransa çempionatının bürünc medallarını qazanmışdı.

 

Favr Almaniyada da çalışıb. O, 2011-2015-ci illər aralığında Münhenqladbax “Borussiya”sının baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti