"Səbail" - "Sabah" matçında heç-heçə

00:10 8 İyul 2018

Topaz Premyer Liqasında yeni mövsümə hazırlaşan “Səbail” və “Sabah” klubları bu gün yoxlama oyunu keçiriblər.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandalar “Bayıl Arena”da üz-üzə gəliblər. Oyun 1:1 hesabıyla başa çatıb.

 

İlk hissədə meydan sahibləri Ruslan Qurbanovun vurduğu qolla hesabı açıblar (13-cü dəqiqə). Fasilədən sonra isə “Sabah”ın heyətində Məqsəd İsayev 68-ci dəqiqədə vurduğu qol sayəsində komandasını məğlubiyyətdən xilas edib.


Xəbər xətti