Muslera üzr istədi

10:37 8 İyul 2018

DÇ-2018-in 1/4 final mərhələsində Fransaya məğlub olaraq mundialı tərk edən Uruqvay millisinin qapıçısı Fernando Muslera açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qapıçı məğlubiyyətə əsas səbəb kimi öz səhvini göstərib və hər kəsdən üzr istədiyib:

 

“Hər kəs kimi mən də kədərliyəm, gözləmədiyim bir an oldu. Mənim səhvim bütün ümidlərimizi puç etdi”.

 

Muslera daha sonra millinin azarkeşlərindən üzr istəyib və gələcəyi düşünməli olduqlarını deyib:

 

“Bura kimi gələn Uruqvay azarkeşlərindən üzr istəyirəm, onlar daha çox Rusiyada qalmalı idilər. Ancaq məğlubiyyəti unudub, gələcəyi düşünmək lazımdı”.


Xəbər xətti