Ronaldonun "Real" macərası 2 gün sonra bitəcək?

12:18 8 İyul 2018

“Real”ın hücumçusu Kriştianu Ronaldo “Yuventus”a keçməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir. Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.

 

Qeyd edək ki, Ronaldonun "Yuventus"la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti