Rusiya millisinin kapitanı karyerasını başa vurdu

12:35 8 İyul 2018

Rusiya yığmasının müdafiəçisi və kapitanı Sergey İqnaşeviç karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özünə aid sosial şəbəkələrdən birində məlumat verib. Təəssüratlarını bölüşən Moskva MOİK-nin futbolçusu bunları yazıb:

 

“Bu da son. Belə bir şeyin baş verdiyini dərk etmək çox çətindir. “Whatsapp” və “İnstagram”da çoxlu mesaj gəlir. Hər birinə  ayrılıqda cavab yazmaq imkanım yoxdur. Hamınıza təşəkkür edirəm. Karyeramı bu cür yüksək notlarla başa vurduğumu təsəvvür belə edə bilmirəm. 20 ilə yaxındırbu komandanın bir parçası olduğum üçün xoşbəxtəm. Xüsusilə MOİK azarkeşlərinə göstərdikləri sevgiyə görə təşəkkürümü bildirirəm. Bu, şərəfli bir yol idi. Hamınızı möhkəm qucaqlayıram”.

 

Qeyd edək ki, Rusiya millisi dünən DÇ-2018-in 1/4 final mərhələsinin Xorvatiya ilə oyununun (2:2) penaltilər seriyasında uduzaraq, mundialla vidalaşıb.


Xəbər xətti