Daha bir millinin baş məşqçi postu boş qaldı

14:50 8 İyul 2018

Futbol üzrə Yaponiya yığmasının baş məşqçisi Akira Nisino istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Federasiyasının prezidenti Kodzo Tasimo məlumat verib. O, yerli mətbuata açıqlamasında Nisino ilə anlaşmanı yeniləməyəcəklərini bildirib.

 

Qeyd edək ki, Yaponiya Rusiyada təşkil olunmuş dünya çempionatında 1/8 finala yüksəlsə də, Belçikaya 2:3 hesabıyla uduzaraq, mübarizəni dayandırmışdı.

 

İlkin ehtimallara görə, Yaponiya millisində Nisinonu ABŞ və Almaniya yığmasının sabiq çalışdırıcısı Yurgen Klinsman əvəz edəcək.


Digər xəbərlər

Xəbər xətti