Putin futbolçuları müzakirəyə çağırdı

15:21 8 İyul 2018

Prezident Vladimir Putin Rusiya millisinin baş məşqçsi Stanislav Çerçesov və komandanın futbolçularını DÇ-2018-in birgə müzakirəsinə dəvət edib.

 

Sportarena.az xəbər verir ki, bu haqda prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, bununla bağlı dəvəti dövlət başçısı özü şəxsən Çerçesovla son telefon danışığı zamanı ona çatdırıb.

 

Xatırladaq ki, Rusiya millisi 1/4 finalda Xorvatiyaya uduzaraq (2:2, penaltilər seriyasında 3:4) DÇ-2018-lə vidalaşıb. Rusiya prezidenti komandalarının mundialdakı çıxışından razı qalıb. 


Digər xəbərlər

Xəbər xətti