"Barselona"nın futbolçusu Çin klubunda

23:09 8 İyul 2018

“Barselona” klubunun ötən mövsümün əvvəlində Çinin “Quançjou Everqrand” klubundan 40 milyon avroya transfer etdiyi Braziliya millisinin hücumçusu Paulinyo Kataloniya təmsilçisi ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu yenidən sözügedən Çin klubuna qayıdıb. “Quançjou Everqrand” sabiq oyunçusunu 1 illik icarəyə götürüb. İspaniya mətbuatı isə “Barselona”nın Paulinyonu 50 milyon avroya satdığını iddia edir.

 

Qeyd edək ki, Paulinyo geridə qalan mövsümdə Kataloniya klubunun heyətində çıxdığı 49 oyunda 9 qola imza atıb. O,  2015-2017-ci illər aralığında məhz “Quançjou Everqrand” klubunda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti