“Qəbələ” “Proqres”lə oyuna hazırlaşır

11:05 9 İyul 2018

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, iyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də vətənə dönən “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdirib. İyulun 8-də baş tutan məşqlə komanda paytaxtdakı hazırlığı başa vurub. Futbolçular günün ilk yarısında hazırlıq keçib.

 

“Qırmızı-qaralar” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.

 

Xatırladaq ki, Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.


Xəbər xətti