İtaliya millisinin üzvü hücuma məruz qaldı

Sportarena.az      9 İyul 2018, 11:22

Futbol üzrə İtaliya yığmasının və “Latsio”nun hücumçusu Çiro İmmobile silahlı hücuma məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, hadisə İtaliyada, Franavilla-al-Mare çimərliyində qeydə alınıb. 28 yaşlı futbolçu dostları ilə istirahət edərkən onlara tanımadıqları bir kişi yaxınlaşıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Az sonra əlinə bıçaq alan həmin şəxs İmmobile ilə dostlarına hücum çəkib. Amma onu zərərsizləşdirmək mümkün olub.

 

Silahlı hücum nəticəsində heç kim zərər çəkməyib. Hücum edən şəxs isə aradan çıxmağı bacarıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin