"Səbail" yeni mövsümdə hansı şirkətin formalarını geyinəcək?

12:38 9 İyul 2018

"Səbail"in 2018/19 mövsümündə texniki tərəfdaşı məlum olub.
 
Sportarena.az xəbər verir ki, klub rəsmən "Macron"la anlaşdıqlarını açıqlayıb. Şirkət qarşıdakı mövsümdə paytaxt təmsilçisinin bütün komandalarını idman geyimləri ilə təmin edəcək.
 
"Macron” İtaliyanın ən köklü geyim şirkətlərindən hesab olunur. 1971-ci ildə əsası qoyulan qurumun baş gərargahı Boloniyada yerləşir. Dünyanın bir cox aparıcı ölkələrinin futbol, basketbol, voleybol klubları və yığmaları məhz "Macron”un məhsullarından istifadə edirlər.
 
 
"Səbail"in bunadək texniki tərəfdaşı "Nike" şirkəti idi.


Digər xəbərlər

Xəbər xətti