PSJ-dən "Barselona"ya fantastik təklif

14:21 9 İyul 2018

Fransanın PSJ klubu “Barselona”nın braziliyalı yarımmüdafiəçisini transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Fransa çempionu Filippe Koutinyonu heyətinə qataraq, yeni transfer rekordu müəyyənləşdirə bilər. Belə ki, Paris təmsilçisi “sambaçı” üçün İspaniya nəhənginə 270 milyon avro ödəməyə hazırdır.

 

Xatırladaq ki, PSJ daha öncə “Barsa”dan Neymarı rekord məbləğə - 222 milyon avroya transfer etmişdi.

 

Koutinyonun sərbəst qalma məbləği 400 milyon avro nəzərdə tutulub.


Xəbər xətti