“Qəbələ” - “Proqres” oyununun biletləri satışa çıxarılır

14:56 9 İyul 2018

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə Lüksemburq “Proqres”i arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.

 

Sportarena.az xəbər verir ki, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdı.

 

İyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti