Rusiya üzərində qələbəni Ukraynaya həsr etdi, millidən qovuldu - VİDEO

17:54 9 İyul 2018

Xorvatiya Futbol İttifaqı yığmanın skautu Oqnyen Vukoyeviçi vəzifəsindən uzaqlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb yığmanın sabiq yarımmüdafiəçisinin müdafiəçi Domaqoy Vida ilə birlikdə dünya çempionatının 1/4 final mərhələsində Rusiya üzərində qələbədən sonra sosial şəbəkədə paylaşdığı videodur.

 

Qeyd edək ki, Vida ilə Vukoyeviç videoda "Bu qələbə Ukrayna üçündür” deyiblər.  Bu hərəkətinə görə FİFA Vidaya rəsmi xəbərdalıq edib.


Digər xəbərlər

Xəbər xətti