Elvin Məmmədov "Qaliblər" verilişində - Hansı müğənni Türkiyədən ona görə gəldi? -VİDEOANONS

18:56 9 İyul 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" verilişinin növbəti qonağının kimliyi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, proqramın bu dəfəki qonağı "Sumqayıt"ın yeni transferi Elvin Məmmədov olub. Bir vaxtlar futbol üzrə Azərbaycan milli komandasının üzvü önəmli simalarından biri olan yarımmüdafiəçi futbolçu karyerasından geniş şəkildə danışıb. Eyni zamanda, "Qaliblər"in adət-ənənəsinə uyğun olaraq tanınmış sənətçilərdən biri həm verilişin, həm Elvin Məmmədovun sürpriz qonağı olub.

 

Beləliklə, "Qaliblər"in növbəti buraxılışına iyulun 11-də saat 19:30-da "CBC Sport" kanalında baxa bilərsiniz.


Xəbər xətti