"Neftçi"nin futbolçuları azarkeşlərlə görüşəcək

00:01 10 İyul 2018

İyulun 10-da, saat 12:00-da Əhmədli qəsəbəsində yerləşən "Bravo Hipermarket”də “Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Kvame Karikari və Dario Frederikonun iştirakı ilə azarkeşlərlə görüş keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyunu öncəsi baş tutacaq tədbirdə azarkeşlərlə xatirə şəkilləri çəkdiriləcək, imzalar paylanılacaq.

 

Xatırladaq ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.


Digər xəbərlər

Xəbər xətti