Fransa finalda! - YENİLƏNİB

23:54 10 İyul 2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün ilk finalçının adı məlum olacaq.

 

Sportarena.az xəbər verir ki, ilk yarımfinal görüşündə Fransa və Belçika yığmaları qarşılaşacaq. Dünya çempionatının favoritlərindən sayılan Fransa millisi 1/8 finalda Argentinanı, daha sonra Uruqvayı mübarizədən kənarlaşdırmışdı. Belçika isə yarımfinala vəsiqə qazanmaq üçün Yaponiyanı və Braziliyanı məğlub etməli olub.

 

Sabah isə İngiltərə və Xorvatiya yığmaları üz-üzə gələcək.

 

DÇ-2018, 1/2 final

10 iyul

22:00 Fransa - Belçika 1:0

Qol: Samuel Umtiti, 51.
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu


Digər xəbərlər

Xəbər xətti