"Neftçi"dən azarkeşlərə şad xəbər

12:16 10 İyul 2018

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” iyulun 12-də “Uypeşt”lə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu oyunu izləmək istəyən azarkeşlərin gedib-qayıtmaları üçün şərait yaradıb. Belə ki, klub tərəfindən fanatlar üçün 16 ədəd avtobus ayrılacaq. Avtobuslar saat 18:00-da “Ulduz” metrostansiyası yaxınlığından yola düşəcək.

 

Qeyd edək ki, “Neftçi” - “Uypeşt” matçı iyulun 12-si saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.


Xəbər xətti