Branko İliç: "Qarabağ" yeni mövsümə tam hazır deyil"

Sportarena.az      10 İyul 2018, 16:58

“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarına baxmışıq. Onların heyətində çox dəyişiklik olub. Ona görə hələ optimal heyəti qurmayıblar.  Rəqib yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadı. Lakin biz  özümüzə inanırıq. Bizdə inkişaf var, irəli gedə bilərik”.

 

Sportarena.az əbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la oyun öncəsi yerli mətbuata deyib. O, çox yaxşı çalışdıqlarını vurğulayıb:

 

“Baş məşqçimiz istəyir ki, Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışaq. Bunun üzərində işləyirik. Çox təhlil edirik. Xüsusilə, öz oyunumuzdakı səhvləri aradan qaldırırıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Sabah udacağımıza söz verə bilmərəm. Amma yaxşı oynamağa və ötənilki səhvlərimizi təkrarlamamağa çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin