"Neftçi"nin oyunçuları azarkeşlərlə görüşdü

17:29 10 İyul 2018

Bu gün Əhmədli qəsəbəsində yerləşən “Bravo Hipermarket”də “Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Slavko Braliç, Kvame Karikari və Dario Frederikonun iştirakı ilə azarkeşlərlə görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” oyunu öncəsi baş tutan tədbirdə azarkeşlər arasında viktorinalar təşkil olunub. Qalib azarkeşlərə hədiyyələr təqdim edilib. Sonra imzalar paylanılıb, xatirə şəkilləri çəkdirilib.

 

Xatırladaq ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri “Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin “Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli, “Rahat market”in isə “Neftçilər”, “Metropark” və “Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir. Oyunu izləmək istəyən azarkeşlərin gedib-qayıtmaları üçün klub tərəfindən 16 ədəd avtobus ayrılacaq. Avtobuslar saat 18:00-da “Ulduz” metrostansiyası yaxınlığından yola düşəcək.


Digər xəbərlər

Xəbər xətti