Lopeteqi də Ronaldonu razı sala bilmədi

17:46 10 İyul 2018

“Real”ın yeni baş məşqçisi Xulen Lopeteqi komandadan ayrılmaq istəyən Kriştiano Ronaldonu fiikrindən daşındırmağa çalışıb.

 

Sportarena.az xəbər verir ki, Lopeteqi portuqaliyalı hücumçuya zəng edərək ona “Real”da qalmağın faydalı olduğunu inandırmağa çalışıb. Lakin Ronaldo baş məşqçinin fikirləri ilə razılaşmayıb. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

 

Qeyd edək ki, Ronaldonun “Yuventus”a keçəcəyi gözlənilir. Onun bu gün Turin klubunun baş məşqçisi Massimiliano Alleqri ilə də telefonla danışdığı haqda xəbər yayılıb.


Digər xəbərlər

Xəbər xətti