Avroliqada 1-ci təsnifat mərhələsi başladı

10:46 11 İyul 2018

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub. Gürcüstanda yerli “Samtredia” klubu Qazaxıstanın “Tobol” komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Qazaxlar səfərdə minimal hesabla üstün olublar.

 

Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin daha 6 oyunu iyulun 11-də, qalan bütün qarşılaşmalar isə ayın 12-də keçiriləcək.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin ilk oyunu
10 iyul

Samtredia (Gürcüstan) - Tobol (Qazaxıstan) 0:1


Xəbər xətti