ÇL: 1-ci təsnifat mərhələsi başladı

11:32 11 İyul 2018

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Qeydə alınan nəticələri təqdim edirik.

 

Qeyd edək ki, bu mərhələnin qalan oyunları bu gün keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə iyulun 11-də start verəcək. Ağdam klubu ilk oyununda səfərdə Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

 

UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsinin ilk oyunları
10 iyul

Flora (Estoniya) - Hapoel (Beer-Şeva, İsrail) 1:4

Torpedo (Kutaisi, Gürcüstan) - Şerif (Moldova) 2:1

Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya) 0:3

Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan) 1:1

Vikinqur (Farer adaları) - HJK (Finlandiya) 1:2

Şkendiya (Makedoniya) - TNS (Uels) 5:0

Kork Siti (İrlandiya) - Legiya (Polşa) 0:1

Drita (Kosovo) - Malmö (İsveç) 0:3


Xəbər xətti