"Mançester Siti"dən 68 milyonluq transfer

12:59 11 İyul 2018

Son İngiltərə çempionu "Mançester Siti" heyətini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, "şəhərlilər" uzun müddətdir ki, heyətinə cəlb etmək istədiyi Riyad Mahrezi "Lester Siti"dən transfer edib. Mançester təmsilçisi bu keçid üçün 68 milyon avro təzminat ödəyib. Əlcəzair millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

27 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Lester Siti"də çıxış edirdi.


Xəbər xətti