"Olimpiya" - "Qarabağ" oyunu canlı yayımlanacaq - RƏSMİ AÇIQLAMA

Sportarena.az      11 İyul 2018, 13:09
"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə səfərdə keçirəcəyi ilk oyunun canlı yayımını təşkil edəcək.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər. Klub rəsmisi deyib ki, yayım üçün "Olimpiya”dan icazə də alınıb. Lakin Sloveniya tərəfi oyunun məhdud formada göstərilməsinə icazə verib: "Bu səbəbdən, matçı "Dailymotion” üzərindən təqdim edəcəyik və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq. Rəsmi saytımızda görüşün linkini yerləşdirəcəyik”.
 
Qeyd edək ki, iyulun 11-də Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin