Ramil Əhmədovdan Avropa çempionatında uğurlu nəticə - FOTOLAR

15:51 11 İyul 2018

Bu yaxınlarda Fransanin Pante de Lex şəhərində pouerliftinqin WPC nővű űzrə  Avropa çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda őlkəmizi 100 kq təchizatda Eldar Məmmədov  və 100 kq təchizatsız divizionda Ramil Əhmədov layiqincə təmsil ediblər. Belə ki, hər iki idmançı qızıl medalla vətənə qayıtmağa müvəffəq olublar.

 

Ramil Əhmədov "dedlift sinql pley" çıxış zamanı həm műtləq Avropa çempionluğunu, həm də 330 kq nəticə ilə yeni Avropa rekorduna imza atıb.

 

Bundan əlavə, idmançı həmin yarışda ilk dəfə təchizatsız çıxış edərək  825kq (300+200+325) nəticə ilə 15 ölkə təmsilçisi arasında sadəcə ingilis Tom Martinden geri qalıb.  Martin isə hazırda dünya reytinqində 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, bu, Ramil Əhmədovun 2018-ci ildə artıq 4-cü qələbəsidi.



Xəbər xətti