Yarmolenko Premyer Liqa klubuna keçdi

16:14 11 İyul 2018

İngiltərənin “Vest Hem” klubu Cek Uilşirin ardından daha bir transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi Andrey Yarmolenkonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Tərəflər 4 illik müqaviləyə imza atıblar. İngiltərə klubunun bu transferə görə 25 milyon avro xərcə düşdüyü bildirilir.

 

Qeyd edək ki, Ukrayna yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu “Borussiya”ya 2017-ci ildə Kiyev “Dinamo”sundan transfer olunmuşdu. O, Dortmund təmsilçisinin heyətində cəmi 18 oyun keçirib, 3 qola imza atıb.


Xəbər xətti