Roberto Bordin: "Sevilya" ilə oyun barədə düşünmürük"

20:00 11 İyul 2018

Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Neftçi" Macarıstanın "Uypşet" klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu gün "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordinin oyunöncəsi mətbuat konfransı keçirilib.İtaliyalı mütəxəssis öncə mövsümün ilk matçı barədə fikirlərini bölüşüb.

 

- Yeni mövsümün başlmasına sevinirik. İlk oyunumuzu azarkeşlərimizin önündə keçirməkdən çoi şadıq. Çünki. azarkeşlərimiz önündə oynamaq bizi sevindirir. Rəqibimiz heç də asan komanda deyil. Bir ayda yaxşı hazırlıq keçmişik. Biz tam olaraq oyuna hazırıq.

 

- "Neftçi"nin məşqçisi kimi ilk rəsmi oyununa çıxacaq. Heyəti müəyyənləşdirə bilib?
- Mənim üçün bu, xoş və vacib məqamıdı. Heyətlə bağlı onu deyə bilərəm ki, rəqib də, biz də 11 nəfərlə çıxacaq.

 

- "Neftçi" yoxlama oyunlarının hamısında qələbə qazandı. Bu, sabahkı oyunda komandaya təsir edəcəkmi?
- Nəticə həmşə vacibdi. Ancaq əsas məqam oyunçuların fiziki göstəricilərini yüksəltmələri və bir-birilərini necə başa düşmələridi.

 

- Yoşdaşlıq oyunlarında nisbətən zəif komandalrla oynadız. Bunun səbəbi nə idi? Belə rəqiblərlə oynadıqdan sonra "Sevilya" ilə mübarizə aparmaq olar?
- Yoldaşlıq oyunlarında kiminlə oynamağın fərqi yoxdu. Əsas komandanın hazırlıq prosesidi. Hələ "Uypşet" səddini aşmamışıq. Ona görə də "Sevilya" ilə oyun barədə danışa bilmərik.

 

- "Neftçi"yə yad olan 4-3-3 sxemi ilə oynayırsız. Bu, komandaya necə təsir göstəribmi? Komanda alışıbmı?
- Məndən əvvəlki məşqçilərin hansı taktika ilə oynadığını deyə bilmərəm. 4-3-3 mənim sevimli taktiki sxemidi. Oyun zamanı bəzi dəyişikliklər ola bilər.

 

- Fiziki hazırlığa önəm verdiyinizi vurğuladınız. Komandanın fiziki baxımdan durumu necədi?
- Hələ 70 faiz hazırıq. Çempionata qədər tam hazır olacağıq. Amma avrokubok oyunlarında komanda rahatlıqla mübarizə aparacaq gücdədir

 

- Mərhələ adlasaz, "Sevilya" ilə qarşılacaqsız. Bu məqam komandadakı motivasiyanı azaltmırki?
- "Sevilya" ilə oyun barədə düşünmürük. Diqqətimiz sabahkı oyuna yönəlib.

 

- Azərbaycana gələn əcnəbi mütəxəssislər daha çox legionerlərə üstünlük verirlər. "Neftçi"də kifayət qədər gənc futbolçu var və onlar toplanışda iştirak ediblər. Onlar barədə nə düşünürsüz?
- Heyətimizdə kifayət qədər yaxşı legioner və yerli futbolçular var. Onların vəhdətindən yaxşı komanda qurub, özümüzü sübut etməyə çalışacağıq. Yaxşı gənc oyunçularımız var. Onların bir qisimi U-21 millisinin üzvləridi. Həmin futbolçuların inkişaf edən vaxtlarıdı. Bəzi vaxtlarda səhv də edəcəklər, inkişaf da edəcəklər. Buna görə də onlara şans və vaxt vermək lazımdı.

 

- Kvame Karikari komandanın düşərgəsinə yeni qoşulub. Sabah əsas heyətdə meydana çıxa bilər?
- Karikari əzmkar futbolçudu. Komandaya uyğunlaşmağa çalışır. Sabah heyətdə kimlərin oynayacağı barədə qərar verməmişəm. Bizim daha bir məşqimiz var.


Xəbər xətti